Şərq Qərb nəqliyyat dəhlizinin inkişafı İƏT in əsas prioritetidir ÖZƏL | Icma.az
Icma.az, со ссылкой на сайт Day.az, информирует. Şərq-Qərb nəqliyyat dəhlizinin (Trans-Asiya dəmir yolu) inkişafı İqtisadi Əməkdaşlıq Təşkil
Bunu Day.Az-a İƏT baş katibi Əsəd Məcid Xan özəl müsahibəsində deyib.
"Bu dəhliz Fars körfəzinin limanlarını Mərkəzi Asiya ilə birləşdirir ki, bu da ŞƏrqlə Qərb arasında ticarətin inkişafına vasitəçilik edir.
Bu dəhlizin vacib hissəsi Pakistan, İran və Türkiyə arasında əlaqələrin və ticarətin möhkəmlənməsinə şərait yaradan İslamabad-Tehran-İstanbul dəmiryolu-avtomobil marşrutudur.
Sözügedən marşrut malların daha tez, ucuz və etibarlı şəkildə daşınmasına şərait yaradır",-deyə o bildirib.
Xan qeyd edir ki, Şimal-Cənub nəqliyyat dəhlizi İƏT-nin inkişaf üçün prioritet istiqamətlərindən biridir.
"Bu marşrut Mərkəzi Asiya ölkələrini Fars körfəzi limanları ilə birləşdirir, şimal və cənub regionaları arasında münasibətləri yaxşılaşdırır.
Bu dəhlizin inkişafı üzv-dövlətlər arasında ticarət əlaqələrinin və iqtisadi münasibətlərin yaxşılaşmasına istiqamətlənib", -deyə o bildirib.
Tam oxu
Xəbəri oxu