Siyəzəndə minik avtomobili aşıb, yaralılar var

27.09.2026

Как передает Icma.az со ссылкой на сайт Day.az.

Sentyabrın 26-sı saat 23:10 radələrində Bakı-Quba avtomobil yolunun Siyəzən rayonunun ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Opel" markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində beton maneəyə çırpılıb və yolun kənarına aşıb.

Hadisə nəticəsində biri uşaq olmaqla, ümumilikdə iki nəfər xəsarət alıb. Yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
Читать полностью