Sumqayıtda partlayış olan binada SON VƏZİYYƏT VİDEO

03.12.2024

Icma.az сообщает, основываясь на информации сайта Day.az.

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, TƏBİB-dən Trend-ə bildirilib ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb (2 kişi cinsli, 1 qadın cinsli). Onlar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. 1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
Читать полностью