Türk İnvestisiya Fondu gələn il fəaliyyətə başlayacaq | Icma.az
Как сообщает Icma.az, ссылаясь на сайт Day.az. Qırğız Respublikasının Bişkek şəhərində Türk İnvestisiya Fondunun (TİF) Rəhbərlər Şurasının 2
Day.Az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, tədbirdə iştirak edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev son illər Türk dünyasında iqtisadi inteqrasiyanın gücləndiyini, sənaye, enerji, nəqliyyat, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın möhkəmləndiyini vurğulayıb.
Türk İnvestisiya Fondunun fəaliyyətə başlamasının regional inkişafı sürətləndirəcəyi və üzv ölkələr arasında investisiya tərəfdaşlığını daha da genişləndirəcəyi qeyd olunub.
Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, mövcud investisiya imkanları barədə məlumat verilib.
Tədbirdə iştirak edən üzv ölkələrin nümayəndələri TİF-in Türk dünyasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Fondun tezliklə fəaliyyətə başlamasının regionun dayanıqlı inkişafı, rəqabətqabiliyyətinin artırılması və investisiya imkanlarının daha effektiv yönləndirilməsi baxımından önəmi qeyd edilib.
İclasda Fondun fəaliyyətinə dair məsələlər müzakirə edilib. Rəhbərlər Şurasının prosedur qaydaları ilə bağlı sənədlər qəbul edilib.
Tam oxu
Xəbəri oxu