Icma.az информирует, ссылаясь на сайт Day.az. Vyetnam Sosialist Respublikasının Hanoy şəhərində Vyetnam-Azərbaycan Biznes Şurasının 1-ci icl
Azərbaycanın Vyetnamdakı Səfirliyinin dəstəyi, Vyetnamın Milli Sahibkarlıq Assosiasiyasının (VINEN), Kiçik və Orta Biznesin İnkişafı Agentli
Tədbirdə hər iki ölkədən rəsmi şəxslər, eləcə də qida, kənd təsərrüfatı, sənaye, tekstil, nəqliyyat-logistika, pambıqçılıq sektorlarında fəa
Tədbir Vyetnam və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Sonra Azərbaycan-Vyetnam əlaqələrinə dair film nümayiş olunub.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoanq Lonq tədbirdəki çıxışlarında iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, hökumətlərarası komissiya çərçivəsində görülən işlər və əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb, müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluqlarını ifadə ediblər.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev iki ölkə arasında ticarət, investisiya və işgüzar əlaqələr, eləcə də Azərbaycanın əlverişli investisiya mühiti, potensial əməkdaşlıq imkanları barədə məlumat verərək, tərəfdaşlığı konkret nəticələrə çevirmək üçün qarşılıqlı dəstəyin önəmini qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2025-ci ildə yaradılmış Azərbaycan-Vyetnam Biznes Şurasının fəaliyyətinin hər iki ölkənin sahibkarlarının təşəbbüslərinin dəstəklənməsinə, iş adamları arasında əlaqələrin qurulmasına, bu məqsədlə qarşılıqlı səfərlərin və birgə tədbirlərin təşkilinə fokuslanacağını vurğulayıb, iş adamlarını biznes şura ilə sıx əməkdaşlığa dəvət edib.