Xankəndidə Silahlı Qüvvələr Gününü qeyd etmək qürurverici hissdir Cəlal Abdullayev

26.06.2025

По данным сайта Day.az, передает Icma.az.

Bu möhtəşəm gündə, 26 iyun Silahlı Qüvvələr günündə Xankəndidə olmaq mənə çox böyük fəxarət hissi yaşadır.

Bunu Trend-in yerli müxbirinə açıqlamasında Xankəndidə qonaq olan Cəlal Abdullayev deyib.

O bilidirib ki, bu keçidi, hərbi-təntənəli yürüşü görmək qururverici hissdir:

"Fürsətdən istifadə edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə ordumuza səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gündə Ordumuza şərəfli və məsuliyyətli xidmətlərində uğurlar, hər bir hərbi qulluqçumuza möhkəm can sağlığı və ruh yüksəkliyi arzulayıram. Allah Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və möhkəm sağlığı versin", - o əlavə edib.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
Читать полностью