Согласно информации сайта Day.az, сообщает Icma.az.
Müğənni Xatirə İslam instaqram hesabında paylaşımlarında şərh bölümünü bağlayıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, o, bunun səbəbini açıqlayıb.
Sənətçi yazılan şərhlərdən təngə gəldiyini bildirib:
"Suallarınıza bir-bir cavab: deyirsiniz şərhi niyə bağlamısınız? Çünki kim nə istəyir yazır: qəlb qırırlar. Düşünmürlər ki, bəlkə nəsə yazarlar qəlbinə dəyər. Biri yazır çantası orijinal deyil, o biri yazır ayaqqabısı belədir. Bilmirəm nəyi çəkib paylaşmaq lazımdır? Mən bilirəm, siz niyə narahat olursunuz? Bizdə ya var, ya da yoxdur. Qəlb qırmayın".