Xocalı rayonunun Təzəbinə kəndinə köçürülən ailələr mənzil başına çatıblar FOTO

28.10.2025

По данным сайта Day.az, передает Icma.az.

Xocalı rayonunun Təzəbinə kəndinə köçürülən ailələr mənzil başına çatıblar.

Day.Az bildirir ki, Trend-in Qarabağ bürosunun xəbərinə görə, Ağdamda Dördyol adlanan ərazisindən Təzəbinə kəndinə yola salınan 17 ailə 72 nəfər kəndə çatıb.

Daha sonra mənzil başına çatan ailələrə mənzillərin açarları təqdim ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocalı rayonunun Təzəbinə, Ballıca və Badara kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
Читать полностью