По информации сайта Day.az, передает Icma.az. 2025-ci il yanvarın 1-dən etibarən xarici avtonəqliyyat vasitələri ilə dəmir yolu ilə daşınan
Bu barədə Day.az-a ADY-dən bildirilib. Bu, Azərbaycan Respublikası ərazisindəki Nazirlər Kabinetinin müəyyən etdiyi son dəmir yolu stansiyas
Vergi Məcəlləsinə edilən dəyişikliklərin tətbiqi ilə bağlı qaydaların təsdiq edilməsi Nazirlər Kabinetinə tapşırılıb.
Qeyd olunan azadolmalar ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və alternativ dəhlizlərlə rəqabətqabiliyyətliliyinin təmin olunmasına səbəb olacaq.
Bu vergi güzəştləri xarici avtonəqliyyat vasitələri və dəmir yolu ilə daşımalar arasında inteqrasiyanı stimullaşdıraraq ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərəcək, nəqliyyat sektorunda daha sürətli və səmərəli daşımaların təmin edilməsinə, beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin gücləndirilməsinə kömək edəcək.
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, xarici dövlətlərin Azərbaycan ərazisinə daxil olan, Azərbaycan ərazisindən tranzit keçən və Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələri, oxlarının sayından, ölkə ərazisində qaldığı müddətdən və yüklə birlikdə ümumi çəkisindən asılı olaraq, müəyyən edilmiş dərəcələrlə yol vergisinə cəlb edilirdilər.
Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.