Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Misir Kərimovun (şərti) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.Bakupost.az Pravda.az-a istinadən xəbər verir ki.
hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Misir Kərimov dostu zərərçəkmiş Malik Əsədovun (şərti) adına kreditə mobil telefon götürərək özü istifadə edib bir ay ərzində krediti tam şəkildə ödəyəcəyini, əks halda telefonu ona qaytaracağı barədə yalan vəd verib.
O, dostunun adına 6 ay krediti ödəmək şərti ilə 3805 manat dəyərində "iPhone 13 Pro Max" markalı mobil telefonu alaraq verdiyi vədə əməl etməyib.
Sonra Misir telefonu Malikdən xəbərsiz başqa mağazaya satıb.
Bundan başqa, Misir Kərimov zərərçəkmiş İlahə Səfərova (şərti) ilə ailə həyatı quracağına dair yalan vəd verib, onu inandırmaqla özünü hüquq-mühafizə orqanlarında işləyən şəxs kimi təqdim edib.
O, xidməti işində yaranmış problemlərin aradan qaldırılması üçün pul və yaxud digər əmlak verməsini qadından xahiş edib, qısa zamanda qaytaracağına söz verərək aldadıb.