0:5 dən sonra: “Azərbaycan yığmasının müdafiəsi cəsarətli oynadı”

06.09.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Portuqaliyanın U-21 yığmasının baş məşqçisi Luiş Freyre Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qalib gəldikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 5:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Rəqib oyuna yaxşı köklənmişdi. Top itkisinə qarşı intizamlı davranır, sürətli reaksiyalar verirdilər. Azərbaycan yığmasının müdafiəsi cəsarətli oynadı. İlk hissədə 4-5 qol imkanı yaratsaq da, top qapıya girmədi.

Fasilədən sonra qolların gələcəyini bilirdim. İlk qoldan sonra artıq rahatlaşdıq. Rəqibin riskə getməsindən sonra daha çox boşluq yarandı və yekunda 5:0 hesablı qələbə qazandıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью