0:5 Kəpəz üçün 250 ci oldu

01.09.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 250-ci məğlubiyyətini alıb.

Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının III turuna təsadüf edib.

Gəncə təmsilçisi səfərdə "Zirə"yə 0:5 hesabı ilə uduzub. "Kəpəz" ölkə çempionatları tarixində ən çox məğlubiyyət alan komandadır.

Qərb təmsilçisi 685-ci oyununda "250"yə çatıb. "Kəpəz" evdə 88, səfərdə 157, neytral meydanda 5 dəfə xalsız qalıb.

Qeyd edək ki, Gəncə klubunun ilk məğlubiyyəti 1992-ci il iyunun 27-də keçirilən "Turan"la səfər matçına təsadüf edib - 0:1.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью