Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avtomobillə motosiklet toqquşub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan motosiklet sürücüsü 1997-ci il təvəllüdlü Kamil Abdullayev xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.