Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Türkiyənin “Eyüpspor” klubunun baş məşqçisi Özhan Palut istefa verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis Super Liqada “Fənərbağça”ya 0:8 hesablı məğlubiyyətdən sonra öz istəyi ilə postundan ayrılıb.
“Eyüpspor” 6 turdan sonra 3 xalla 18 komanda arasında sonuncudur.
Mütəxəssis bu yaydan komandada idi. “Eyüpspor” onun başçılığı altında 6 oyunda 1 qələbə qazanıb, 5 dəfə uduzub.