Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əsas komandadan fərqli olaraq, “Qarabağ”ın gənc futbolçuları beynəlxalq arenada uğursuz çıxışlarını davam etdirirlər. U-19 komandası UEFA Gənclər Liqası çərçivəsində bu dəfə Bakıda “Ayaks”a 0:8 hesabı ilə məğlub olub.
Reyting.az xəbər verir ki, hesabın 33-cü dəqiqədə açıldığı oyunun birinci hissəsində üç, fasilədən sonra isə beş qol vurulub. Qonaqların türk əsilli hücumçusu Emre Ünüvarın het-trik etməsi və bir avtoqolun qeydə alınması da diqqəti çəkir.
6 oyundan sonra hesabın xal olmayan və 1-30 top fərqinə malik olan “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında sonuncu - 36-cı pillədə qərarlaşıb. Təsəlliverici fakt olaraq qeyd edək ki, “Nyukasl” və “Bodo/Qlimt” komandaları da bu tur ərəfəsində 0 xala sahibdirlər.
Heyətində iki nigeriyalı futbolçunun da çıxış etdiyi “Qarabağ” daha əvvəl səfərdə “Benfika”ya 1:7, “Atletik”ə 0:3, “Napoli”yə 0:2, evdə isə “Kopenhagen”ə və “Çelsi”yə eyni 0:5 hesabı ilə məğlub olub. Maraqlıdır ki, komanda AFFA Gənclər Liqasında 9 oyundan sonra 21 xalla liderdir.
Reyting.az