1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI | Icma.az
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. 20 noyabr Ağdam Şəhəri Günüdür.
Ağdam deyəndə ilk yada düşən şəxsiyyətlərdən biri də Milli Qəhrəman Allahverdi Bağırovdur.
O Allahverdi Bağırov ki, 3 gün ərzində 1 003 Xocalı əsirini ermənilərdən xilas edib.
Milli Qəhrəmanın həyat yoldaşı Validə Bağırova deyir ki, 1988-ci ildən ermənilərin torpaqlarımıza hücuma başlaması Allahverdi Bağırovu narahat edirdi: "O döyüşə gedəndə xəbər vermirdi.
Gedəndən sonra eşidirdik ki, döyüşlərdədir. Həvəslə gedib-gəlirdi. Qız-gəlinləri, qocaları, cavanları əsirlikdən azad edəndə çox sevinirdi.
Deyirdi ki, nə yaxşı gətirə bildim onları. İndi artıq Ağdama sevinə-sevinə gedib-gəlirik.
Dağılsa da, ev-eşik olmasa da, torpaqlarımızı ziyarət edirik".
Vətən müharibəsində Ağdamla birlikdə Milli Qəhrəmanın da məzarı əsirlikdən azad edilir.
Tam oxu
Xəbəri oxu