Icma.az, Sonxeber.az portalına istinadən məlumat verir. 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI 20
Ağdam deyəndə ilk yada düşən şəxsiyyətlərdən biri də Milli Qəhrəman Allahverdi Bağırovdur.
O Allahverdi Bağırov ki, 3 gün ərzində 1 003 Xocalı əsirini ermənilərdən xilas edib.
Milli Qəhrəmanın həyat yoldaşı Validə Bağırova deyir ki, 1988-ci ildən ermənilərin torpaqlarımıza hücuma başlaması Allahverdi Bağırovu narahat edirdi: "O döyüşə gedəndə xəbər vermirdi.
Gedəndən sonra eşidirdik ki, döyüşlərdədir. Həvəslə gedib-gəlirdi. Qız-gəlinləri, qocaları, cavanları əsirlikdən azad edəndə çox sevinirdi.
Deyirdi ki, nə yaxşı gətirə bildim onları. İndi artıq Ağdama sevinə-sevinə gedib-gəlirik.
Dağılsa da, ev-eşik olmasa da, torpaqlarımızı ziyarət edirik".
Vətən müharibəsində Ağdamla birlikdə Milli Qəhrəmanın da məzarı əsirlikdən azad edilir.