1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI Xəbər say…
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq. 20 noyabr Ağdam Şəhəri Günüdür.
Ağdam deyəndə ilk yada düşən şəxsiyyətlərdən biri də Milli Qəhrəman Allahverdi Bağırovdur.
O Allahverdi Bağırov ki, 3 gün ərzində 1 003 Xocalı əsirini ermənilərdən xilas edib.
Milli Qəhrəmanın həyat yoldaşı Validə Bağırova deyir ki, 1988-ci ildən ermənilərin torpaqlarımıza hücuma başlaması Allahverdi Bağırovu narahat edirdi: "O döyüşə gedəndə xəbər vermirdi.
Gedəndən sonra eşidirdik ki, döyüşlərdədir. Həvəslə gedib-gəlirdi. Qız-gəlinləri, qocaları, cavanları əsirlikdən azad edəndə çox sevinirdi.
Deyirdi ki, nə yaxşı gətirə bildim onları. İndi artıq Ağdama sevinə-sevinə gedib-gəlirik.
Dağılsa da, ev-eşik olmasa da, torpaqlarımızı ziyarət edirik".
Vətən müharibəsində Ağdamla birlikdə Milli Qəhrəmanın da məzarı əsirlikdən azad edilir.
Tam oxu
Xəbəri oxu