1 2% in gizli tərəfi: Əmanətçilər hansı görünməyən risklərlə üz üzədir?

07.10.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bunu Ölkə.az-a müsahibəsində Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini Bəhruz Qayıbov deyib.

O bildirib ki, bu baxımdan, əmanətçilərin bank seçimi zamanı faiz dərəcəsi ilə yanaşı, əmanətin sığortalanma şərtlərini və bankın maliyyə sağlamlığına dair əsas göstəriciləri də diqqətlə qiymətləndirmələri tövsiyə olunur.

Fondun icraçı direktorunun müavini əhalinin banklara əmanət yerləşdirməsinin təşviq edilməsi üçün atılan addımlardan danışıb:

"Fond tərəfindən iştirakçı banklarda sığortalanmış əmanətlər üzrə əmanətin 100%-i həcmində, lakin 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Bununla yanaşı, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bank hesablarındakı vəsaitlər üzrə kompensasiya məbləği 20 min manatadək, notariusların depozit hesablarında fiziki şəxslərə məxsus vəsaitlər üzrə isə 100% həcmində müəyyən edilib". 

"Hazırda tətbiq olunan 100 min manat məbləğində kompensasiya həddi, habelə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin milli valyutada 12%, xarici valyutada 2,5% səviyyəsində müəyyən edilməsi mövcud iqtisadi şərait və imkanlar nəzərə alınmaqla təşviqedici, real və səmərəli yanaşma kimi qiymətləndirilə bilər. Bu şərtlər əhalinin bank sisteminə və əmanətlərin sığortalanması mexanizminə olan etimadının qorunub saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir",  - deyə B. Qayıbov vuröulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью