1 420 əkiz, 57 üçəm... Yeni statistika

17.08.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Cari ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40798 doğulan körpə qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,0-dan 8,0-a düşmüşdür. pizza hut

Doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 1 420-si əkiz, 57-si isə üçəm olub.

Bu ilin yanvar-iyun aylarında ölkədə 30 625 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8-dən 6,0-a qədər artıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью