Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ali və orta ixtisas məktəblərinə builki qəbulun nəticələri məlum olduqdan sonra Biləsuvar rayonunun Çaylı kəndində Mikayılovlar ailəsində sonsuz sevinc yaşandı.
Bu ailənin eyni vaxtda iki övladı hərbi məktəblərə qəbul olundular.
Cavidan Daxili Qoşunların Hərbi İnstitutuna, Cavid isə C.Naxçıvanski adına Hərbi Liseyə.
Qardaşlar illərlə ürəklərində bəslədikləri arzularına yetişiblər.
Hərbçi olmaq, Vətənin, torpağın keşiyində durmaq bu qardaşların ən böyük arzusu olub.
Həm də onlar şərəfli peşə olan hərbi sahəni təsadüfən seçməyiblər.
Onların əmiləri Elşən və Zülfüqar Mikayılovlar Milli Ordunun baş giziri kimi xidmət edirlər. Dayıları isə Daxili Qoşunların zabitidir.