“1 ay bundan əvvəl ona etibar etdim və bu hadisə baş verdi” Xatun

07.11.2024

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qeyd etdiyimiz kimi tanınmış müğənni Xatun Əliyevanın instaqramı oğurlanıb.

Moderator.az-a açıqlama verən məşhur heç kimdən şübhələnmədiyini bildirib.

“Mən illərdir instaqram platformasındayam. Heç vaxt belə bir şey başıma gəlməyib. 1 ay bundan əvvəl bir tanınmış smm işçisi ilə işbirliyinə başladım və bütün instaqramımı, tiktok səhifəmi ona etibar etdim. Bütün cavabdehlik də ona keçdi və bu hadisə baş verdi. Hal-hazırda çalışırlar ki, səhifəni geri qaytarsınlar” deyə sənətçi bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью