Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rütubətli tropik meşələrdə bitən zəncəfil hind və asiya mətbəxlərində ən populyar inqrediyentdir.
Şəfalı xassələrə malik olan bu bitki uzun əsrlərdir ki, müalicəvi məqsədlərlə də istifadə edilir.
Zəncəfilin tərkibində sağlamlıq üçün faydalı olan çoxsaylı maddələr var.
Onlar ağrını yüngülıəşdirir, həzm sisteminin işini yaxşılaşdırır, ürək bulanmanı aradan qaldırır və yaddaşı gücləndirir.
Zəncəfilin ən çox istifadə olunan hissəsi köküdür. Çünki zəngin faydalı xassələri məhz buradadır.
Onu təzə, üyüdülmüş, qurudulmuş ədviyyat və ya yağ kimi istifadə etmək olar.
Mütəmadi olaraq zəncəfil istifadə etmək üçün 8 səbəb: Zəncəfil ağrını yüngülləşdirir Corciya Universitetində aparılan tədqiqatların nəticələrinə görə, hər gün müəyyən miqdarda zəncəfil istifadəsiəzələlərdə ağrını 25% yüngülləşdirir.