Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Türkiyə vətəndaşı olan 58 yaşlı şəxsin Vyetnamda keçirdiyi kompleks plastik əməliyyat sosial şəbəkələrdə və mediada geniş əks-səda doğurub.
“Yeni Sabah” xəbər verir ki, cavanlaşmaq məqsədilə Asiya ölkəsinə üz tutan şəxs bir neçə ağır estetik proseduru eyni vaxtda reallaşdırıb.
Həkimlərin müdaxiləsindən sonra pasiyentin xarici görünüşündə dramatik dəyişiklik baş verib və onun tam 20 il gənçləşdiyi iddia olunub. Marqarita pizza
Əməliyyatdan sonrakı görüntülər izləyiciləri heyran qoymaqla yanaşı, bu cür kəskin dəyişikliklərin sağlamlıq üçün yarada biləcəyi risklər barədə də müzakirələrə yol açıb.