1 ci Liqa: Çempionluğa iddialıların hamısı qonaq gedir

17.09.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan 1-ci Liqasında 3-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha 3 matç baş tutacaq.

Çempionluğa iddialı komandalar məhz bu gün güclərini sınayacaqlar. İlk iki turda maksimum nəticə əldə edən "Şahdağ Qusar" Şamaxıda "Şimal"la üz-üzə gələcək. Daha bir şərikli lider "Gəncəbasar" da səfərdə "Mingəçevir"lə qarşılaşacaq. Çempionluğa iddialı "Səbail" isə "Baku Sportinq"in qonağı olacaq.

Qeyd edək ki, turun açılış oyununda “Karvan Yevlax” “Zaqatala”nı 3:0 hesabı ilə yenərək ilk sıraya yüksəlib. Tura sabah keçiriləcək “Xankəndi” – MOİK oyunu ilə yekun vurulacaq.
Azərbaycan 1-ci Liqası
3-cü tur
17 sentyabr

16:30. “Şimal” – “Şahdağ Qusar” 
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

16:30. “Mingəçevir” – “Gəncəbasar” 
Hakimlər: Nazim Abdullayev, Elmin Süleymanov, Safalı Ağayev, Şamil İmanzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).

16:30. “Baku Sportinq” – “Səbail” 
Hakimlər: Ceyhun Hüseynov, Elman Kərimov, Zakir Şükürzadə, Ruslan Quliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Baku Sportinq Arena”.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью