1 ci Liqa: Gəncəbasar ın Şamaxı sınağı, Mingəçevir Zaqatala nı qəbul edir

04.09.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan 1-ci Liqasında ilk tura bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, açılış turunun ikinci oyun günündə 2 görüş baş tutacaq.

Eyni vaxtda start götürəcək qarşılaşmalarda "Şimal" iddialı "Gəncəbasar"ı, "Mingəçevir" isə zəifləyən "Zaqatala"nı qonaq edəcək.

Qeyd edək ki, 1-ci turun dünən keçirilən oyunlarında MOİK “Şahdağ Qusar”a uduzub (0:1), “Baku Sportinq” “Karvan-Yevlax”la bacarmayıb (0:3), “Xankəndi” ilə “Səbail” isə heç-heçəyə (1:1) razılaşıblar.

Azərbaycan 1-ci Liqası
1-ci tur
4 sentyabr 

“Şimal” – “Gəncəbasar”
Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Elmin Süleymanov, Maqsud Şamıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu. 17:00. 

“Mingəçevir” – “Zaqatala” 
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Zakir Şükürzadə, Ceyhun Hüseynov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança). 17:00.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью