1 ci liqa klubunda ayrılıq baş məşqçi istefa verdi

22.01.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1-ci liqada mübarizə aparan "Cəbrayıl"ın baş məşqçisi Elhad Nəziri istefa verib.
"Football-plus.az" xəbər verir ki, bu barədə mütəxəssis öz sosial şəbəkə hesablarında paylaşım edib. O, öz istəyi ilə vəzifəsini tərk etdiyini bildirib. Nəziri "Cəbrayıl"a təşəkkür edib və uğurlar arzulayıb.
Qeyd edək ki, mütəxəssis ötən ilin iyulundan Qarabağ təmsilçisinin baş məşqçisi idi. Komanda turnir cədvəlində 14 xalla 5-ci sıradadı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью