Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Azərbaycan 1-ci Liqasında 2-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha 3 görüş baş tutacaq.
Oyunlardan 2-si 16:30-da başlayacaq ki, "Zaqatala" "Baku Sportinq"i, "Səbail" isə "Mingəçevir"i sınağa çəkəcək. Yarım saat gec başlayacaq oyunda isə "Gəncəbasar" "Nizami yurdu"nda "Xankəndi" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, turun ötən gün baş tutan açılış oyununda “Şahdağ Qusar” “Karvan-Yevlax”ı 2:0 hesabı ilə məğlub edərək liderliyə yüksəlib.
1-ci Liqa
2-ci tur
10 sentyabr
16:30. “Zaqatala” – “Baku Sportinq”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
16:30. “Səbail” – “Mingəçevir”
Hakimlər: Səbuhi Bayramov, Samir Qaracayev, Məmmədəli Kərimov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu.
17:00. “Gəncəbasar” – “Xankəndi”
Hakimlər: Rövşən Rəcəbov, Rəhman Aslanov, Anar Bədəlov, Kamran Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Gəncə şəhər stadionu.