1 ci Liqada mövsümə yekun vuruldu

23.05.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 2024/25 mövsümü başa çatıb.

Fanat.Az xəbər verir ki, bu gün sonuncu – 27-ci turun son üç oyunu keçirilib.

"Baku Sportinq" – MOİK qarşılaşmasında qapılara qol vurulmayıb. "Cəbrayıl" evdə "Zaqatala"nı, "İmişli” səfərdə "Difai"ni üstələyib.

“Qəbələ” 67 xalla çempion olubsa, “İmişli” 52 xalla ikinci, “Karvan” 47 xalla üçüncü yeri tutaraq elitaya yüksəliblər. Sonuncu olan "Qaradağ Lökbatan"ın liqanı tərk edəcək. 9-cu pillədə qərarlaşan "Difai" isə 2-ci Liqada 4-cü sırada möhkəmlənən "Haypers Quba" ilə pley-off oyununa çıxacaq. 

1-ci Liqa
27-ci tur

23 may

“Baku Sportinq” – MOİK 0:0

“Cəbrayıl” – “Zaqatala” 1:0
Qol: Samir Məhərrəmli, 74.

“Difai” – “İmişli” 1:3
Qollar: Seymur Rəhimov, 8 – Həzrət İsayev, 26. Elmir Rəhimzadə, 67. Xəlil Bəşirov, 85.

Turun digər oyunları:
“Qaradağ Lökbatan” – “Qəbələ” 0:3
“Mingəçevir” – “Karvan” 2:1

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью