“1 ci liqanı kim istəməz ki?!” klub prezidentindən açıqlama | Icma.az
Icma.az bildirir, Footbal-plus portalına istinadən. 1-ci liqaya vəsiqə uğrunda “Hypers Quba” ilə mübarizə aparan “Şəmkir”in baş məşqçisi Vüq
Bu məqamla bağlı klub prezidenti Vüsal Məmmədovun da fikrini öyrəndik.“1-ci liqanı kim istəməz ki?! Qarşıda iki tur qalıb.
Hər şey o oyunlardan asılı olacaq. Əsas məqsədimiz komandanın dayanaqlılığını düzəltməkdi. Qarşımıza 1-ci liqa hədəfi qoymamışdıq.
Mövsümün ikinci yarısında toparlanmağa başladıq. “Hypers Quba”nın nəticələrindən çox şey asılıdı.
Biz komanda olaraq maksimumu edib, iki oyunda qələbə qazanmalıyıq. Vüqar Nadirovun qarşısına konkret hədəf qoymadıq.
Uğurlarımız birgə olacaq. Məşqçimizə inanırıq. Bir-birimizə qarşılıqlı inamımız var.
Bu mövsüm də olmasa, gələn mövsüm ən iddialı klublardan biri “Şəmkir” olacaq”.MÜZƏFFƏR QULUZADƏ Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu