1 ci sinifə qəbul sentyabrda başa çatacaq

20.05.2025

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Bu günə qədər 104 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. Rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə mayıb 20-də başa çatacaq. İyunun 5-i Azərbaycan bölməsi üzrə, iyulun 17-i isə rus bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçimi həyata keçiriləcək.

Qəbul prosesi sentyabrın 12-dək davam edəcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью