Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq. ABŞ liderinin xronometrajı qısa, siyasi çəkisi böyük paylaşımına sözardı Yaddaşımız bizi
Baş vermiş hadisə bu qəbildən olan ilk presedent sayıla bilər.
Söhbət ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda lll Şuşa Qlobal Media Forumundakı çıxışından etdiyi paylaşımdan edib (@realDonaldTrump).
D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Forumundakı çıxışından konkret bir hissəni götürüb olduğu kimi paylaşmasının səbəbi və motivləri maraqlı assosiasiyalar yaradır.
Bunu bir ölkə liderinin başqa qitədəki, yəni uzaqdakı həmkarının onun haqqında açıqlamasını bəyənməsindən doğan rəğbət hissi kimi də yozmaq olar, çıxışda ortaya qoyulan siyasi mövqeyini dəstəkləmə jestinin nümayişi də saymaq olar.
Qeyd edək ki, ABŞ lideri Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin onunla bağlı fikirlərini sosial platformasında bölüşdüyü videonun xronometrajı 1 dəqiqə 17 saniyədir.
Bu qısa video-süjetdə forum iştirakçısı olan xarici media qurumlarından birinin nümayəndəsi ABŞ Prezidenti Donald Trampın 2016-cı il seçkilərində qələbəsini düzgün proqnozlaşdırması ilə bağlı sualını Prezident İlham Əliyevin ingilis dilində cavablandırması yer alıb.
Dövlətimizin başçısı deyir: “Kiçik bir dəqiqləşdirmə etmək istərdim. Mən ABŞ Prezidenti Donald Trampın qələbəsini proqnozlaşdırmırdım.