Icma.az bildirir, Xalq qazeti portalına istinadən. “Qələbə” qəzetinin baş redaktoru Mahmud Ağalarovun 100 illik yubileyi qeyd olunub Əməkdar
Onun yubileyi münasibətilə Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən xatirə gecəsində bu barədə ətraflı bəhs edilib.
Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “Yüz yaşlı qəzetin 100 yaşlı redaktoru” adlı tədbirdə RİH nümayəndələri, “Qələbə” qəzetinin kollektivi, veteran qələm sahibləri və rayon ictimaiyyətinin nümayəndələri, oxucular iştirak edirdilər.
Yubilyarın həyat və fəaliyyətini özündə əks etdirən foto-slaydın nümayişindən sonra çıxışlar oldu.
“Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov, icra hakimiyyətinin məsul əməkdaşı Məhərrəm Məmmədov, rayon qəzetinin sabiq baş redaktoru, Əməkdar müəllim Fərqanə Cəbrayılova, vaxtilə qəzetdə şöbə müdiri işləmiş Əməkdar jurnalist Rəhim Hüseynzadə, rayon ziyalılar birliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyev, AYB Muğan bölməsinin sədri Nəbi İbrahimov, tarix-diyarşünaslıq muzeyinin direktoru Rəfiqə Ağabəyli, şair Zabil Pərviz, qəzetin əməkdaşları Leyla Nəsirova, Təyyar Nəsirli, Əzizağa Məmmədli, və başqaları peşəkar jurnalist, səmimi insan olmuş Mahmud Ağalarovla bağlı xatirələrini danışdılar.
Qeyd edildi ki, mənalı ömrünün tam 50 ilini jurnalistikaya həsr etmiş Mahmud müəllim mənalı və ibrətamiz bir ömür yaşayıb.
Hələ orta məktəbdə illərindən ilk qələm təcrübələrini rayon qəzetinə göndərən gənc müxbirin yazıları tezliklə Bakıda çıxan “Gənc işçi” qəzetində görünməyə başlayıb.
1940-cı ildə 16 yaşlı Mahmud “Sosializm yolu” qəzetində məsul katib vəzifəsinə işə götürülüb.