Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Beyləqanda məktəb şagirdi vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Eyvazalılar kəndində baş verib.
Belə ki, kənd sakini, Eyvazalılar kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Elvin Aslanlı ürək çatışmazlığından qəfil vəfat edib.
Qeyd edək ki, Elvin Aslanlı 1 həftə sonra orta məktəbdən məzun olacaqdı.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Ziya Əmirxanlı