1 ildə 1132 transformator

02.02.2025

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il ölkəmizdə 1132 güc transformatoru (2023-cü ilin eyni dövrü ilə müqayisədə 328 ədəd və ya 40,8 faiz çox) istehsal edilib.

Məlumata görə, 2023-cü il ərzində respublikada 804 ədəd güc transformatoru istehsal edilmişdi. Ümumilikdə, hesabat ilində Azərbaycanda 251,9 milyon manat dəyərində elektrik avadanlıqları istehsal olunub ki, bu da 2023-cü ildəki göstəricilərlə müqayisədə 36,5 milyon manat və ya 16,9 faiz çoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью