1 kiloqramı 40 manata satışa çıxdı Görənlər inanmır...

12.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Payızın ən faydalı və vitaminlərlə zəngin meyvələrindən biri olan narın qiyməti diqqət çəkir.

"Yeni Sabah" xəbər verir ki, Meyvəli/Wolt platformasında adi narın 500 qramı 18,90 manata təklif olunur. Bu isə hesablamaya görə 1 kiloqram narın qiymətinin 37,80 manat olduğunu göstərir.

Eyni zamanda, satışda dənələnmiş narın 1 kiloqramı 40 manata təklif olunur. pizza

Nar payız mövsümündə daha çox istifadə edilən meyvələrdən olmaqla yanaşı, tərkibindəki antioksidantlar, vitaminlər və minerallarla da seçilir. Meyvənin tərkibində C vitamini, kalium və digər faydalı maddələr var. Narın tərkibindəki antioksidantlar orqanizmi oksidləşdirici stressdən qorumağa, ümumi sağlamlığın dəstəklənməsinə kömək edə bilər.

Qeyd edək ki, göstərilən qiymətlər konkret satış məntəqəsinə aiddir və digər mağaza və bazarlarda fərqli ola bilər.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью