Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakı-Sumqayıt yolunda dayanma-durma qaydasını pozan sürücü hərəkəti məhdudlaşdırıb. Avtosfer.az xəbər verir ki, hadisə martın 6-da qeydə alınıb.
Belə ki, 38-BC-444 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü avtobus zolağının yanında, eyni zamanda dayanacaqda dayanıb 1 manatdan sərnişin yığmağa başlayıb. Bu zaman hərəkəti məhdudlaşdıraraq arxadan gələn sürücülərin yolunu kəsib.
Qeyd edək ki, avtobus zolağının yanında dayanmaq ikinci cərgə hesab olunur. Buna görə isə İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə nəzərdə tutulub.
Sözügedən videonu təqdim edirik.
Fərid