1 milyard 29 milyona, Salah Durana qarşı! bizim üçün gün 00.00 da başlayacaq

28.01.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Yaxşı ki bugünkü oyunun ciddi turnir əhəmiyyəti yoxdu, yəni “Qarabağ”a mütləq qələbə tələb olunmur, yoxsa Azərbaycanda çoxlarının ürəyi dayanardı.

Reallığı qəbul edək: ilk 8 komanda arasına düşmək, bununla da pley-offdan qurtulmaq istəyən “Liverpul”a qələbə, “Qarabağ”a isə başqa oyunların nəticəsindən asılı olmamaq üçün 1 xal lazımdı. Oyunöncəsi bütün amillər rəqibin xeyrinədi.
“Liverpul”un heyəti daha səviyyəli oyunçulardan qurulub, büdcəsi “Qarabağ”la müqayisədə 36 dəfə artıqdı (28,65 milyon avroya qarşı 1,04 milyard avro), baş məşqçisi Arne Slot ipdən asılı vəziyyətdədi, onu xilas etmək lazımdı, çılğın “Enfild” sevimlilərini irəlki səsləyəcək və s. və i.a. İstəsəm, çoxlu belə məqam tapa bilərəm.
Bəs “Qarabağ”ın xeyrinə hansı dəlil var? Sadəcə, o dəlil ki, bizimkilərin üzərində heç bir təzyiq yoxdu, onsuz da ÇL-in cari mövsümünün qəhrəmanlarından biriyik, rəqibin itkiləri (Stefan Bayçetiç, Covanni Leoni, Aleksander İsak, Konor Bredli, Federiko Kyeza, Co Qomes, İbrahima Konate...) fonunda yeganə zədəlimiz Şahruddin Məhəməmədəliyevdi ki, onu da oynadan yox idi.
“Qarabağ” ÇL-in cari mövsümündə qarşılaşdığı 7 komandadan altısının qapısına yol tapıb (“Napoli” istinadı), oyunların beşində qarşılıqlı qollar olub. Bu isə o anlama gəlir ki, qol vura bilməyəcəyimiz rəqib yoxdu. Start təzyiqi dəf etsək, erkən qol buraxmasaq, hər şey yaxşı olacaq. Onda rəqibin azarkeşləri də get-gedə bizi dəstəkləməyə başlayacaq.
Bəli, bizim bu günümüz 00.00-da bitməyəcək, yeni günə başlayacağıq. Uğurlar olsun!
ORXAN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью