1 milyarda satılan villanın sahibi Ömər Cəbrayılov imiş Adı bu xanımlarla hallanırdı

09.01.2025

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moskvanın Krılatskoye rayonunda qalmaqallı sahibkar Ömar Cəbrayılova məxsus malikanə 1,2 milyard rubl qarşılığında satılıb.

Milli.Az Qlobal.net - ə istinadən bildirir ki, malikanə elit "Fantaziya Adası" yaşayış kompleksində yerləşir. Bina İtaliyanın Sawaya & Moroni memarlıq bürosunun mütəxəssisləri tərəfindən layihələndirilib. Malikanənin sahibi keçmiş Rusiya prezidentliyinə namizəd və senator Ömər Cəbrayılovdur. O, bir vaxtlar Kseniya Sobçak və müğənni Aleksanın sevgilisi kimi tanınırdı.

Onun girişində mərmər panteralar, iki hektar ərazisi və özəl qayıq dayanacağı olan 1500 kvadratmetrlik lüks malikanəsini Lyubertsidən olan bir biznesmen satın alıb. 

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью