525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliyada adı açıqlanmayan şəxs 1 milyon uduşu olan lotoreya biletini səhvən zibil yeşiyinə atıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Bitonto şəhərində yaşanıb.
Uzun illər lotoreya oynayan və eyni - 2, 4, 8, 10 və 51 rəqəmlərini yazan kişi yoxlama məntəqəsində yoxlatdırarkən biletin uduşsuz olduğunu öyrənib və onu zibil qutusuna atıb. Amma evə qayıdarkən məhz onun sevimli rəqəmlərinin düşdüyünün fərqinə varıb. Uduş isə nə az, nə də çox - 1 milyon avro imiş. Məntəqəyə qayıdanda isə zibil qutularını boş görüb.
Qeyd edək ki, kompaniyanın əməkdaşlarının köməyi ilə uzun axtarışlardan sonra məişət tullantılarının emalı olunduğu zavodda bileti tapmaq mümkün olub.
L.Tağıyeva