1 milyon canlının dnt si bu kassada saxlanılacaq

04.02.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Alimlər Yer üzündə həyatın başa çatması riskinə qarşı genetik irsin qorunmasını hədəfləyən yeni layihəni elan ediblər. 

ABŞ-nin Dallas şəhərində yerləşən Colossal Biosciences biotexnologiya şirkəti nəsli kəsilmək təhlükəsi altında olan canlıların genetik materiallarının saxlanılması üçün nəzərdə tutulan BioVault sistemini təqdim edib.

Şirkət Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq çərçivəsində BioVault-un Dubayda inşa ediləcək Dünya Mühafizə Laboratoriyası daxilində yaradılacağını açıqlayıb. Layihənin ilk mərhələsində 100 müxtəlif növə aid toxuma nümunəsi bu xüsusi kassada mühafizə olunacaq.

Kassaya daxil ediləcək canlı növlərinin beynəlxalq təbiəti mühafizə qurumlarının tövsiyələri əsasında müəyyənləşdiriləcəyi bildirilib. Seçim zamanı növlərin yoxa çıxma riski və ekosistem üçün əhəmiyyəti əsas götürüləcək.

Colossal Biosciences uzunmüddətli perspektivdə 10 mindən çox növə aid 1 milyondan artıq genetik nümunənin saxlanılmasını planlaşdırır. Şirkət bu kassanın nəsli tükənməkdə olan heyvanların qorunması və gələcəkdə həyatın yenidən bərpası üçün mühüm resurs olacağını vurğulayıb.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью