1 milyon qanpulu davası İşə adı qarışan “böyük adamlar” kimlərdir? | Icma.az
Moderator.az saytına istinadən Icma.az xəbər verir. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə “Urmedhelp” v
Daha sonra hakim elan edib ki, Dövlət Gömrük Komitəsinin Tibb xidmətindən məhkəmənin sorğusuna cavab verilib.
Hakim deyib ki, niyəsə istintaq orqanı transplantasiya məsələsini araşdırmayıb: "Məktubda Mircəlal Kaziminin həyata keçirdiyi əməliyyatlar və göstərilən digər tibbi xidmətlərə görə şirkətin 245 min 265 manat borcu qalıb.
Burada əməliyyat olunan şəxslərin adları da məktubda əksinin tapıb.
Bunlar Becanov Namiq, Əsimova Rita, Mikayılova Şölə Kazımova Aynurə və digərləridir”.
Hakim Nuridə Seyidovadan soruşub ki, hansı əməliyyatlar olmasını soruşub.
Müttəhim cavab verib ki, qaraciyər və ya böyrək transplantasiyası əməliyyatları ola bilərdi. Daha bir məktub "Bona Dea" xəstəxanadan gəlib.
Prosesdə məlum olub ki, talassemiya xəstələri üçün yığılan 35 min manat "Bona Dea"da başqa xəstələr üçün sərf olunub.Müttəhim Aysel Məmmədova bildirib ki, "Bona Dea"da 70 min manatlıq əməliyyat həyata keçirib.
Tam oxu
Xəbəri oxu