“1 milyondan çox müştəri ictimai nəqliyyatda NFC dən istifadə edir”

22.04.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“1 milyondan çox “Kapital Bank” müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Kapital Bank”ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransında İdarə Heyəti sədrinin I müavini Cavid Mirzəyev deyib.

“Bank 2025-ci ildə aidiyyəti dövlət qurumları və “Bakı Kart”la əməkdaşlıq edərək oktyabr ayından etibarən ictimai nəqliyyatda  ödənişlərin rəqəmsallaşmasını təmin edib. Xüsusən qeyd edim ki, bu yenilik  təkcə “Kapital Bank” müştərilərini deyil, bütün bank sektorunu əhatə edir. Eyni zamanda digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Rəqəmlərlə danışsaq, müştərilərimizin 1 milyondan çoxu bundan istifadə edir. Bu isə bazar payının 55%-ini təşkil edir”, - o qeyd edib.

Lamiyə Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью