1 milyonluq yeyintiyə görə hakim qarşısına çıxarılır

08.01.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin 1 milyonluq yeyintidə ittiham olunan sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun məhkəməsi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Eks-vəzifəlilərin hər ikisi zalda iştirak etsələr də, Qulamovun vəkili gəlməyib.

Bu səbəbdən işin baxışa təyin edilməsi müzakirə olunmayıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin ikisi də xüsusilə külli miqdarda mənimsəmədə ittiham edilir.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью