Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. İki nəfərə qarşı 1 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Ceyhun Z
İstintaq zamanı aydın olub ki, Ceyhun pulların oğurlandığı görüntüsü yaratmaq üçün avtomobillə qəza törədib.
Sonra da pulların avtomobildən oğurlandığını deyib. Ceyhunun işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Məlumata görə, Ceyhun tanışları Rahil Əsgərov və Şaiq Hüseynovu aldadıb.
O, Rusiyadan kartof toxumu gətirmək üçün Şaiq Hüseynovdan 265 min manat alıb.
Rahil Əsgərovdan isə 880 min manat alıb və ona valyuta alqı-satqısından aylıq 10 faiz gəlir əldə edəcəklərini vəd edib.
Ceyhun Zeynalov zərərçəkmişlərin pulunu ödəyə bilmədiyini görərək plan qurub.
Plana əsasən, Ceyhun idarə etdiyi, qohumuna məxsus “VAZ-21154” markalı avtomobillə Salyan rayonu ərazisində bilərəkdən qəza törədib.