1 ölü, 4 yaralı: Ağcabədidə dəhşətli qəza KONKRET

25.04.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağcabədidə 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

KONKRET.az xəbər verir ki, hadisə laçınlı məcburi köçkünlərin məskunlaşdığı Qayğı qəsəbəsində qeydə alınıb.

Bakir Quliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Yevlax rayon sakini Azər Bədəlova məxsus “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində ölüb.

Maşında olan digər sərnişinlər – 1980-ci il təvəllüdlü Həsənov Habil Əli oğlu, 2008-ci il təvəllüdlü Həsənov Polad Habil oğlu, 2013-cü il təvəllüdlü Həsənov Murad Habil oğlu və 2014-cü il təvəllüdlü Həsənov Razi Surxay oğlu müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью