1 qəpiyə satılan həmin yumurtalar barədə iddialar yayıldı (Video)

21.06.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Son günlər bəzi marketlərdə yumurtanın 1-3 qəpiyə təklif olunması diqqət çəkir.

Milli.Az xəbər verir ki, mütəxəssislər bunu yay mövsümündə məhsulun saxlanmasının çətinləşməsi, ixracın azalması və bazarda təklifin artması ilə izah edirlər. 

Assosiasiya sədri Mürvət Həsənli də bildirib ki, temperaturun yüksəlməsi toyuqların məhsuldarlığını artırıb və bu da qiymətlərin aşağı düşməsinə gətirib çıxarıb.

Sosial şəbəkələrdə isə ucuz satılan yumurtaların keyfiyyəti ilə bağlı müxtəlif iddialar yayılmaqdadır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью