1 saat Zelenski, saat yarım Netanyahu...

28.07.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçirilən danışıqlar təxminən saat yarım davam edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, yəhudi dövlətinin hökumət başçısı yerli vaxtla saat 12:22-də (Bakı vaxtı ilə 20:22) Ağ Evi tərk edib.

Ağ Evin mətbuat xidmətinin verdiyi məlumata görə, danışıqlar yerli vaxtla 11:03-də (Bakı vaxtı ilə 19:03) başlayıb.

Qeyd edək ki, bununla bağlı Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Trampın həm Ukrayna Prezidenti Volodimir Zelenski, həm də İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşləri pozitiv və məhsuldar keçib.

Xatırladaq ki, bundan öncə ABŞ liderinin Ağ Evdə V. Zelenski ilə 1 saatlıq görüşü baş tutmuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью