futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Turan Tovuz” ilə “Fənərbağça” arasında keçiriləcək yoldaşlıq oyununa bilet satışı davam edir.
Futbolpress.az xəbər verir ki, 1 saat ərzində artıq 5872 bilet satılıb. Bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Oktaybrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça saat 20:00-da start veriləcək.