1 saatda 135 dollar qazanırlar: Bəs Azərbaycanda nə qədərdir?

21.11.2026

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Dünyada əmək məhsuldarlığı (bir iş saatına düşən Ümumi Daxili Məhsul – ÜDM) göstəricisi ölkə iqtisadiyyatının hər bir iş saatı ərzində yaratdığı orta dəyəri (Alıcılıq Qabiliyyəti Pariteti – AQP üzrə) əks etdirir.

"Bakupost" xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) son məlumatlarına əsasən, 1 iş saatına düşən Ümumi Daxili Məhsulun(ÜDM) həcminə, yəni əmək məhsuldarlığına görə dünyanın lider ölkəsi İrlandiyadır. Bu ölkədə 1 iş saatına düşən ÜDM 135,7 dollar səviyyəsindədir.

İkinci yerdə qərarlaşan Lüksemburq İrlandiyadan bir xeyli geri qalır-107,5 dollar.

Bu iki ölkənin siyahıya başçılıq etməsi yüksək texnologiyalar, maliyyə sektoru və transmilli korporasiyaların həmin ölkələrdəki böyük maliyyə dövriyyəsi ilə bağlıdır.

Norveçdə bu göstərici 94,2 dollardır. Sonrakı yerlərdə isə 92,2 dollarla Danimarka, 90,1 dollarla Belçika, 86,2 dollarla İsveçrə, 83,6 dollarla ABŞ, 83,4 dollarla Avstriya, 83,2 dollarla Almaniya və 81,9 dollar olmaqla Niderland gəlir.

Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, Azərbaycanda bir iş saatına düşən ÜDM təxminən 26,4 dollardır (təqribən 44,2 manat) OECD ölkələri arasında ən aşağı məhsuldarlıq Kolumbiya (18,7 dollar) və Meksikada (21,6 dollar) qeydə alınıb. Dünyanın ən aşağı gəlirli bəzi ölkələrində (məsələn, Burundi) isə bu göstərici 1 dollardan da aşağıdır.

Onu da qeyd edək ki, uzun iş saatları hələ yüksək məhsuldarlıq demək deyil. Məsələn, Almaniya və Niderlandda illik iş saatı Meksika və Cənubi Koreyadan xeyli az olsa da, avtomatlaşdırma və texnoloji inkişaf hesabına bir saata düşən iqtisadi dəyər dəfələrlə yüksəkdir.

Rüfət Sultan,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью